Türkiyədə daha bir deputat həbs edilib

Türkiyədə daha bir deputat həbs edilib HPD-nin saxlanılan deputatlarının sayı 10 nəfərə çatıb
Region
8 Noyabr , 2016 00:52
Türkiyədə daha bir deputat həbs edilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyə məhkəməsi kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) Hakkari əyalətindən olan millət vəkili Nihat Akdoğanı həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Beləliklə, HPD-nin saxlanılan deputatlarının sayı hazırda 10 nəfərə çatıb. Akdoğana qarşı terrorçuluğun təbliği, cinayətkarların gizlədilməsi, terror təşkilatlarının maraqları naminə qanun pozuntusuna yol vermək kimi ittihamlar irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi