Türkiyənin Kiyevdəki səfirliyinin binası qarşısında dava-dalaş düşüb

Türkiyənin Kiyevdəki səfirliyinin binası qarşısında dava-dalaş düşüb Türkiyənin Kiyevdəki səfirliyinin binası yaxınlığında “Barış pınarı” antiterror əməliyyatına qarşı keçirilən aksiyada dava-dalaş olub.
Region
11 Oktyabr , 2019 15:25
Türkiyənin Kiyevdəki səfirliyinin binası qarşısında dava-dalaş düşüb

Türkiyənin Kiyevdəki səfirliyinin binası yaxınlığında “Barış pınarı” antiterror əməliyyatına qarşı keçirilən aksiyada dava-dalaş olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı Natalya Luno məlumat yayıb.

Bildirilib ki, onlarla insan Türkiyənin Kiyevdəki səfirliyinin binası qarşısında Suriyanın şimalında keçirilən antiterror əməliyyatlarına etiraz edib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi