Türkiyənin Kilis şəhəri yenidən Suriya tərəfdən atəşə tutulub

Türkiyənin Kilis şəhəri yenidən Suriya tərəfdən atəşə tutulub Raket atışı nəticəsində bir neçə nəfər yaralanıb
Region
3 May , 2016 11:02
Türkiyənin Kilis şəhəri yenidən Suriya tərəfdən atəşə tutulub

Bakı. 3 may. REPORT.AZ/ Suriyanın şimalında İŞİD yaraqlılarının nəzarət etdiyi ərazilərdən buraxılmış iki raket Türkiyənin Kilis şəhərinin mərkəzinə düşüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, raket atışı nəticəsində bir neçə nəfər yaralanıb.

Raketlər "Katyuşa" raket qurğusundan buraxılıb.

Qeyd edək ki, Kilisin fasiləsiz olaraq atəşə tutulması nəticəsində ilin əvvəlindən 19 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi