Türkiyənin keçmiş təhsil naziri vəfat edib

Türkiyənin keçmiş təhsil naziri vəfat edib Bakı. 19 mart. REPORT.AZ/ Türkiyənin keçmiş milli təhsil, gənclik və idman naziri Hasan Celal Güzəl vəfat edib.
Region
19 Mart , 2018 10:37
Türkiyənin keçmiş təhsil naziri vəfat edib

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyənin keçmiş milli təhsil, gənclik və idman naziri Hasan Celal Güzəl vəfat edib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, o, müalicə olunduğu Ankara Güven Xəstəxanasında 73 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Hasan Celal Güzəl 1945-ci ildə Qaziantepdə anadan olub. İlk və orta məktəbi Malatyada bitirib. Ankara Universitetinin Siyasi elmlər fakültəsinin İqtisadiyyat və Maliyyə bölüməsində təhsil alıb. 

O, 1983-cü ildə 38 yaşında hökumət müşaviri işləyib. 1986-cı il seçkilərində Ana Vətən Partiyasından millət vəkili seçilib. Həmin il dövlət naziri, eyni zamanda milli təhsil, gənclik və idman naziri təyin edilib.  

Son xəbərlər

Orphus sistemi