Yuxarı

​Türkiyənin keçmiş naziri: "Türkiyə, İran, Azərbaycan kimi ölkələr də hədəfdədir"

Tayfun İçli: Əslində, ölkə siyasətini idarə edənlər də, bölgədəki xalqlar da bunları bilir

Bakı. 24 fevral. REPORT.AZ/ "Məncə, hədəfdə sadəcə Suriya deyil. Türkiyə, İran, Azərbaycan kimi ölkələr, hətta Rusiya da hədəfdədir".

"Report" xəbər verir ki, bunu Türkiyənin keçmiş dövlət naziri Tayfun İçli İranın "Təsnim" agentliyinə müsahibəsində bölgədə baş verənlərlə bağlı sualı cavablandırarkən deyib.

Müxbirin "Bir vaxtlar Çanaqqalada durdurulan güclər indi Suriya üzərindən öz məqsədlərini gerçəkləşdirmək istəyirlər. Türkiyə də daxil olmaqla, niyə hər yüz ildən bir Şərqi Asiya dövlətləri belə ağır hücumlara məruz qalırlar? Ölkə siyasətini idarə edənlər bunu anlamırmı? Yoxsa, bu coğrafiyada yaşayan xalqlar baş verənlərə məhəl qoymurlar" sualını keçmiş nazir belə cavablandırıb: "Məncə, hədəfdə sadəcə Suriya deyil. Türkiyə, İran, Azərbaycan kimi ölkələr, hətta Rusiya da hədəfdədir. Bu, bölgənin taleyidir. Bura neft, təbii qaz, bor, uran kimi enerji daşıyıcıları və başqa mineral ehtiyatlarla zəngin olduğu qədər, mədəni və təbii varlıqlar baxımından da zəngindir. Bölgəmiz enerji daşıyıcılarının dünyaya nəql olunması üçün tranzit ərazidir. Buralar təmiz su qaynaqlarının olduğu bölgədir.

Əslində, ölkə siyasətini idarə edənlər də, bölgədəki xalqlar da bunları bilir. Ancaq bu problemin cavabı bir müsahibəyə sığmayacaq qədər genişdir. Təəssüf ki, hər yüz ildə Mustafa Kamal Atatürk kimi siyasətçi, dövlət adamı meydana çıxmadığı kimi, "parçala, böl, idarə et" siyasətinə qarşı müqavimət göstərəcək, qəflətdə qalmayacaq bir cəmiyyət də yaradılmır" 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi