Yuxarı

Türkiyənin keçmiş Baş nazirinin oğlu partiya qurur

Türkiyənin keçmiş Baş nazirinin oğlu partiya qurur

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin keçmiş Baş naziri, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan yeni siyasi partiya quracağını açıqlayıb.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 29-da Respublika günü münasibətilə “Twitter” səhifəsində yazıb.

F.Ərbakan “Yenidən böyük Türkiyə, yeni bir dünya” hədəflərinə çatmaq məqsədilə 2018-ci il noyabrın 23-də yeni siyasi partiyanın quruluşunu bəyan edəcəklərini bildirib.

Qeyd edək ki, Nəcməddin Ərbakan 1996-1997-ci illərdə Türkiyənin 33-cü Baş naziri olub. O, 1926-cı il oktyabrın 29-da Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlib. 2011-ci il fevralın 27-də Türkiyədə vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi