Yuxarı

​Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun yeni kitabı çıxıb

Mədəniyyətlər və şəhərlər adlı kitab 3 bölümdən ibarətdir

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun "Mədəniyyətlər və şəhərlər" adlı yeni kitabı işıq üzü görüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu kitab iyunun 10-dan köşklərə satışa veriləcək.

İnformasiyaya əsasən, yeni kitab 3 bölümdən ibarətdir: "Şəhərlərlə ilk tanışlığım: Məkanın izləri", "Şəhər tarixinin salnaməsi və Osmanlı şəhəri", "Tarixin predmeti olaraq şəhər: Mədəniyyətlər tarixi və şəhərlərin məhvəri".

Əhməd Davudoğlu kitabına "İstanbul və Konya: Şəhərin dərkində ustadlarım" fəsli ilə başlayıb. O, Məkkə, Mədinə, Venesiya, Timbuktu, Afina, Moskva, Amsterdam, İskəndəriyyə, Sarayevo və Selanik kimi çoxlu sayda şəhərlərdən bəhs edərək, onların tarixini təhlil edib.

Məlumata görə, ölkənin keçmiş baş naziri bu kitabın üzərində uzun müddətdir işləyirmiş. Əhməd Davudoğlu "Strateji dərinlik: Türkiyənin beynəlxalq mövzusu", "Nəzəriyyədən təcrübəyə: Türkiyənin xarici siyasəti üzərində çıxışlar", "Alternativ və paradiqma" kimi çox sayda kitabın müəllifidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi