Yuxarı

​Türkiyənin iri şəhərlərində elektrik enerjisi kəsilib

İstanbula veriləcək elektrik enerjisinin qrafiki də yayılıb

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin bir sıra iri şəhərlərində, o cümlədən Ankara, İstanbul, İzmir, Adana, Dənizli, Antalya, Bitlis, Çanaqqala, Bursada elektrik enerjisi kəsilib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi iri şəhərlərin metro xətlərində, internetin verilməsində, həmçinin digər sahələrdə ciddi problemlər yaradıb. Elektrik enerjisinin kəsilməsi səbəbi hələ ki bilinmir.

"Anadolu" agentliyinin məlumatına görə isə aprelin 2-də İstanbula yenidən elektrik enerjisinin verilməsində fasilələr olacaq. Bu barədə İstanbulun elektrik Paylama Şəbəkəsi bildirib. Məlumata görə, şəbəkə həmin tarixdə İstanbula veriləcək elektrik enerjisinin qrafikini də yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi