​Türkiyənin iri şəhərlərində elektrik enerjisi kəsilib

​Türkiyənin iri şəhərlərində elektrik enerjisi kəsilib İstanbula veriləcək elektrik enerjisinin qrafiki də yayılıb
Region
31 Mart , 2015 13:23
​Türkiyənin iri şəhərlərində elektrik enerjisi kəsilib

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin bir sıra iri şəhərlərində, o cümlədən Ankara, İstanbul, İzmir, Adana, Dənizli, Antalya, Bitlis, Çanaqqala, Bursada elektrik enerjisi kəsilib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi iri şəhərlərin metro xətlərində, internetin verilməsində, həmçinin digər sahələrdə ciddi problemlər yaradıb. Elektrik enerjisinin kəsilməsi səbəbi hələ ki bilinmir.

"Anadolu" agentliyinin məlumatına görə isə aprelin 2-də İstanbula yenidən elektrik enerjisinin verilməsində fasilələr olacaq. Bu barədə İstanbulun elektrik Paylama Şəbəkəsi bildirib. Məlumata görə, şəbəkə həmin tarixdə İstanbula veriləcək elektrik enerjisinin qrafikini də yayıb.

Son xəbərlər

Orphus sistemi