Türkiyənin iki generalına qarşı vətənə xəyanət ittihamı irəli sürülüb

Türkiyənin iki generalına qarşı vətənə xəyanət ittihamı irəli sürülüb Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hər iki generala qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi başlanıb
Region
16 İyul , 2016 11:58
Türkiyənin iki generalına qarşı vətənə xəyanət ittihamı irəli sürülüb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürk və Quru Qoşunlarının Təhsil və Planlaşdırma Komandanlığının müharibə və dəstək üzrə komandanı general Mətin İyidilə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hər iki generala qarşı vətənə xəyanət ittihamı ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi