Yuxarı
    Bağlamaq

    Türkiyənin iki generalı Dubayda tutulub

    Onlar FETÖ ilə əlaqədə şübhəli bilinirlər

    Bakı. 26 iyul. REPORT.AZ/ Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.

    "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

    Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar artıq Türkiyəyə gətirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi