Türkiyənin İsveçdəki səfirliyinə hücum olub

Türkiyənin İsveçdəki səfirliyinə hücum olub Polis hadisə ilə bağlı araşdırma aparır
Region
15 Fevral , 2017 17:36
Türkiyənin İsveçdəki səfirliyinə hücum olub

Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyənin İsveçin paytaxtı Stokholm şəhərində yerləşən səfirliyinin binasının küçə divarına və həyətinə boya ilə dolu butulkalar atılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.

Məlumata görə, iki nəfər maskalı şəxs ağ boya ilə dolu çoxlu sayda şüşə butulkanı səfirliyin binasının küçə divarına çırpıb və həyətinə atıb.

Polis hadisə ilə bağlı araşdırma aparır. 

Qeyd edək ki, üç ay əvvəl də terrorçu PKK-nın 8 tərəfdarı səfirliyə boya dolu şüşələr və daşla hücum edib.

Son xəbərlər

Orphus sistemi