Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyənin İsrailə təyin olunmuş yeni səfiri Mustafa Kamal Ökəm vəzifəsinin icrasına dekabrın 12-də başlayacaq.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, həmin gün etimadnaməsini İsrail Prezidenti Reuven Rivlinə təqdim edəcək.
Qeyd edək ki, Kamal Ökəm altı ildən sonra İsraildə çalışacaq ilk diplomat olacaq.
İsrailin Ankaradakı səfiri postuna isə Eytan Naeh təyin edilib. O, dekabrın 5-də etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də pozulub. Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisi İsrail hərbçilərinin hücumuna məruz qalmış, nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.