Yuxarı

Türkiyənin İnkişaf Nazirliyində 114 məmur sərəncama göndərilib

Dövlət çevrilişi cəhdindən sonra 70 minə yaxın vətəndaş vəzifəsindən kənarlaşdırılıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin İnkişaf Nazirliyində daha 17 məmur sərəncama göndərilib. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bununla da nazirlikdə vəzifəsindən uzaqlaşdırılanların ümumi sayı 114 nəfərə çatıb. 

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra dövlət qulluğunda çalışan 70 minə yaxın vətəndaş sərəncama göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi