​Türkiyənin İmralı həbsxanasının 3 hərbçisi tutulub

​Türkiyənin İmralı həbsxanasının 3 hərbçisi tutulub Terrorçu PKK qruplaşmasının başçısı Abdullah Ocalan oradakı həbsxanada saxlanılır
Region
15 Avqust , 2016 15:21
​Türkiyənin İmralı həbsxanasının 3 hərbçisi tutulub

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin İmralı adasında Fetullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən istintaq-əməliyyat tədbirləri çərçivəsində bir kapitan və 2 gizir saxlanılıb.

"Report" Haber7-yə istinadən xəbər verir ki, əməliyyatı terrorçuluğa qarşı mübarizə idarəsinin əməkdaşları keçirib.

Onlar Bursadakı evlərində tutulublar. Həmin hərbçilər məhkəməyə aparılıblar.

Qeyd edək ki, 1999-cu ildə Kenyada tutulduqdan sonra terrorçu PKK qruplaşmasının başçısı Abdullah Ocalan İmralıdakı qapalı tipli həbsxanada saxlanılır. 

Son xəbərlər

Orphus sistemi