Türkiyənin hökumət rəsmiləri Rusiyaya səfər edəcək

Türkiyənin hökumət rəsmiləri Rusiyaya səfər edəcək Mehmet Şimşek və Nihat Zeybekçi Moskvada bir neçə görüş keçirəcək
Region
13 Aprel , 2017 16:45
Türkiyənin hökumət rəsmiləri Rusiyaya səfər edəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyə baş nazirinin müavini Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi aprelin 17-də Moskvaya səfər edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz Türkiyə Böyük Millət Məclisi ilə əlaqələr üzrə Rusiya deputat qrupu ilə görüşdə bildirib.

Məlumata görə, Türkiyənin hökumət təmsilçiləri Rusiyada iqtisadiyyat və ticarət məsələlərini müzakirə edəcəklər. 

Səfir bildirib ki, aprelin 18-də baş nazirin müavini Mehmet Şimşek bir neçə görüş keçirəcək.

“Əlbəttə, iqtisadi münasibətlərimizin bərpası məsələlərinin açıqlanmasını da gözləyirik. Bu, ölkələrimiz üçün çox vacibdir” - səfir vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi