Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 14 694 terrorçu məhv edilib

Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 14 694 terrorçu məhv edilib Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin son üç ildə həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb.
Region
26 Oktyabr , 2018 10:38
Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 14 694 terrorçu məhv edilib
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin son üç ildə həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, ölkənin milli müdafiə naziri Hulusi Akar 2015-ci il iyulun 24-dən 2018-ci oktyabrın 23-dək 14 694 terrorçunun zərərsizləşdirildiyini bildirib.  

Nazir deyib ki, Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terrorçuların gizləndiyi bütün dağ-təpələrdə, mağaralarda anitterror əməliyyatları keçirib: "Girilməyən mağara, əlimiz çatmayan dağ, təpə qalmadı. Hamsına baxıldı və bu proses davam edir. Bu istiqamətdə mübarizəmizi davam etdirib, başa çatdıracağıq və ölkəmizi, millətimizi terror bəlasından xilas edəcəyik”.

Son xəbərlər

Orphus sistemi