Yuxarı
    Bağlamaq

    Türkiyənin Hərbi Hava Qüvvələri İraqda PKK-nın 10 terrorçusunu məhv edib

    Bundan əlavə, terrorçulara məxsus üç atəş nöqtəsi və dörd sığınacaq da məhv edilib© Foto: "Anadolu"

    Bakı. 14 may. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Sinat-Haftanin rayonlarında PKK terror qruplaşmasının obyektlərinə zərbələr endirib.

    "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.

    Xəbərdə bildirilir ki, hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Onlardan 2-i Zap, 8-i isə Sinat-Haftanin ərazilərində öldürülüb.

    Bundan əlavə, terrorçulara məxsus üç atəş nöqtəsi və dörd sığınacaq da məhv edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi