Yuxarı

Türkiyənin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Hava limanın Təhlükəsizlik İdarəsinin əməkdaşları girişlərdə və terminallarda növbə çəkirlər

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyədə Suriyanın şimalında hərbi əməliyyat başlayandan sonra ölkənin bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report"un "Milliyyət"ə istinadən verdiyi xəbərə görə, xüsusilə bu tədbirlər Türkiyənin ən iri hava limanı olan İstanbulun hava limanında gücləndirilib. Hava limanın Təhlükəsizlik İdarəsinin əməkdaşları girişlərdə və terminallarda növbə çəkirlər.

Bildirilir ki, 12-14 yaşlı yeniyetmənin Qaziantepdə terror aktı törədəndən sonra Türkiyənin Baş Təhlükəsizlik İdarəsi hava limanlarında uşaqların, hamilə qadınların, qocaların yoxlanılması zamanı daha diqqətli olması ilə bağlı bildiriş dərc edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi