​Türkiyənin Hakkari vilayətində baş vermiş terror hadisəsi zamanı 7 türk əsgəri yaralanıb

​Türkiyənin Hakkari vilayətində baş vermiş terror hadisəsi zamanı 7 türk əsgəri yaralanıb PKK terrorçularının Yüksekova rayonunda hərbi avtomobilin keçdiyi yola qoyduğu əl bombası partlayıb
Region
10 Avqust , 2016 01:58
​Türkiyənin Hakkari vilayətində baş vermiş terror hadisəsi zamanı 7 türk əsgəri yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ PKK terrorçularının Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda hərbi avtomobilin keçdiyi yola qoyduğu əl bombasının partlaması nəticəsində 7 əsgər yaralanıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə rayondan 10 kilometr məsafədəki Başbulaq adlı ərazidə baş verib.

Yaralılar Yüksekova Dövlət Xəstəxanasına aparılıb.

Təhlükəsizlik qüvvələri terrorçuları zərərsizləşdirmək üçün bölgədə geniş miqyaslı əməliyyata başlayıb.

Qeyd edək ki, daha bir terror hadisəsi Diyarbəkirdə baş verib. PKK terrorçularının Diyarbəkir vilayətinin Lice rayonunda hərbçilərə hücum etməsi zamanı 2 türk əsgəri şəhid olub, daha 2 hərbçi yaralanıb. 

Son xəbərlər

Orphus sistemi