Türkiyənin ​Hakkari və Bitlis vilayətlərində qar yolları iflic edib

Türkiyənin ​Hakkari və Bitlis vilayətlərində qar yolları iflic edib Qarın qalınlığı mərkəzdə 10, şəhər kənarında isə 40 santimetrə çatıb
Region
27 Noyabr , 2014 19:24
Türkiyənin ​Hakkari və Bitlis vilayətlərində qar yolları iflic edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin Hakkari və Bitlis vilayətlərində dünən gecə yağan qar həyatı iflic edib. Qarın qalınlığının mərkəzdə 10, şəhər kənarında isə 40 santimetrə çatdığı bildirilib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkaridə güclü qar nəticəsində 12 kənd və 21 kiçik yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib. Bitlisdə isə 19 kənddə yol iflic olub.

Artıq müvafiq qurumlar kənd yollarını qardan təmizləmək üçün işə başlanıb. Səlahiyyətli şəxslər sürücülərə avtomobilləri ilə zəncirsiz halda və ya ümumiyyətlə, yola çıxmamaları mövzusunda xəbərdarlıq ediblər.

Bələdiyyə işçiləri şəhər mərkəzindəki yolları, digər müvafiq qurumlar isə mərkəzi yolları açmaq üçün isə başlayıblar.

Yollarda axşam saatlarına qədər nəqliyyatın hərəkətinin bərpa olunacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi