Türkiyənin Hakkari bölgəsində 39 terrorçu zərərsizləşdirilib

Türkiyənin Hakkari bölgəsində 39 terrorçu zərərsizləşdirilib Havadan dəstək verilən əməliyyat davam edir
Region
9 Oktyabr , 2016 17:30
Türkiyənin Hakkari bölgəsində 39 terrorçu zərərsizləşdirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib. Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.

Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.

Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir.

Son xəbərlər

Orphus sistemi