Yuxarı
    Bağlamaq

    Türkiyənin hakim partiyasının üzvü olan keçmiş deputat tutulub

    Onun FETÖ-çülərin bir-biri ilə əlaqə saxladıqları şifrəli “ByLosk” informasiya proqramından istifadə etdiyi təsdiqlənib

    Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Yalovadan keçmiş millət vəkili olan Şükrü Öndər Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində tutulub.

    “Report” "Habertürk"ə istinadən xəbər verir ki, məlumatı Yalova Prokurorluğu yayıb.

    Məlumata əsasən, Ş.Öndərin FETÖ-çülərin bir-biri ilə əlaqə saxladıqları şifrəli “ByLosk” informasiya proqramından istifadə etdiyi təsdiqlənib.

    Qeyd edək ki, Şükrü Öndər 2002-2007-ci illərdə deputat olub. O, Türkiyə Böyük Millət Məclisində AKP-i təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi