​Türkiyənin hakim partiyasının fövqəladə qurultayının gündəliyi açıqlanıb

​Türkiyənin hakim partiyasının fövqəladə qurultayının gündəliyi açıqlanıb Gündəlikdə 10 məsələ var
Region
6 May , 2016 09:18
​Türkiyənin hakim partiyasının fövqəladə qurultayının gündəliyi açıqlanıb

Bakı. 6 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ikinci fövqəladə qurultayının gündəliyi açıqlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qurultayın gündəliyinə 10 məsələ daxil edilib.

Qurultayda təşkilati məsələlərə baxılacaq. Bunlardan biri də partiya sədrinin seçilməsidir.

Proqrama əsasən, qurultayda yetərsay olmadığı halda fövqəladə qurultay eyni gündəliklə mayın 23-də keçiriləcək.

Qeyd edək ki, AKP-nin qurultayı mayın 22-də saat 12.00-da (Bakı vaxtı ilə) Ankarada, Doğanbey məhəlləsində, Anakar Spor salonunda başlayacaq. 

Son xəbərlər

Orphus sistemi