​Türkiyənin hakim partiyası seçkilərdə 49,36% səslə qalib gəlir

​Türkiyənin hakim partiyası seçkilərdə 49,36% səslə qalib gəlir ƏİP təklikdə hökumət formalaşdırmaq imkanı əldə edir
Region
2 Noyabr , 2015 00:40
​Türkiyənin hakim partiyası seçkilərdə 49,36% səslə qalib gəlir

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 49,36% səs ilə qalib gəlir.

"Report" CNN-ə istinadən xəbər verir ki, partiya təklikdə hökumət formalaşdırmaq imkanı əldə edir.

Sol-mərkəzçi Cumhuriyyət Xalq Partiyası səslərin 25,44%-ni, millətçi Milli Hərəkat Partiyası isə 11,96%-ni toplayıb.

Kürdyönümlü Demokrat Xalq Partiyası 10,65%-lik nəticə əldə edib.

Bu nəticələr səslərin 99,21%-nin hesablanmasından sonra məlum olub.

Son xəbərlər

Orphus sistemi