Yuxarı

Türkiyənin haker qrupu Rusiyanın 61 saytını dağıdıb

Saytlarda Mustafa Kamal Atatürkün və Türkiyə bayrağının fotosu yerləşdirilib

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin "Ayyıldız Tim" adlı haker qrupu Rusiyanın bir qrup saytının fəaliyyətini iflic edib. "Report"un "Milliyət"ə istinadən verdiyi məlumata görə, haker qrupu Rusiyanın 61 saytnı dağıdıb.

Həmin saytlarda ən çətin zamanlarda Türkiyənin Rusiyanın yanında olduğu bildirilib və ruslar məsum insanların ölümündə günahlandırılıb: "Türkiyə hər zaman rusların ən çətin anında Rusiyanın yanında olub. Avropa və ABŞ Moskvaya qarşı sanksiya tətbiq edəndə, Türkiyə bu sanksiyaalara məhəl qoymadı. Rusiya isə gedib alçaq ermənilərin yanında oldu, erməni soyqırımını dəstəklədi, Suriyaya ordu göndərdi və heç bir günahı olmayan türkmənləri bombaladı, məsum insanları öldürdü".

Hücum edilmiş saytlarda Mustafa Kamal Atatürkün və Türkiyə bayrağının fotosu yerləşdirilib. Üstəlik saytlar açıldığı zaman "Mehtər Marşı" səslənir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya hakerləri Türkiyənin bir neçə sayta hücum etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi