Türkiyənin Fransadakı səfirinin üzünə meyvə şirəsi atan erməninin məhkəməsi olacaq

Türkiyənin Fransadakı səfirinin üzünə meyvə şirəsi atan erməninin məhkəməsi olacaq Hakkı Akil 2014-cü il aprelin 14-dən 2016-cı il sentyabrın 1-dək Türkiyənin Fransada səfir işləyib
Region
28 Fevral , 2017 19:06
Türkiyənin Fransadakı səfirinin üzünə meyvə şirəsi atan erməninin məhkəməsi olacaq

Bakı. 28 fevral. REPORT.AZ/ Türkiyənin Parisdəki keçmiş səfiri Hakkı Akilin üzünə meyvə şirəsi atan erməni etnik qrupuna mənsub, Fransa vətəndaşının bu il martın 7-də məhkəmsi olacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Türkiyənin Fransadakı səfirliyi Parisdəki Dekarta Universitetində baş vermiş hadisə ilə bağlı şikayət edib.

Səfir çıxış edən zaman gənc erməni onun üzünə nar şirəsi atıb, başqa bir tələbə isə bunu videoya çəkib. Bundan sonra həmin ermənilər bu videonu sosial şəbəkədə yayıblar. Erməni tələbə səfirə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Xatırladaq ki, Hakkı Akil 2014-cü il aprelin 14-dən 2016-cı il sentyabrın 1-dək Türkiyənin Fransada səfiri işləyib. 2016-cı il noyabrın 15-dən İsmail Hakkı Musa Türkiyənin Fransadakı səfiridir.

Son xəbərlər

Orphus sistemi