Yuxarı
    Bağlamaq

    Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi 195 əməkdaşını işdən çıxarıb

    Onlar dövlət qulluqçusu statusundan məhrum ediliblər və bir daha dövlət müəssisələrində işləyə bilməyəcəklər

    Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 195 əməkdaşını işdən çıxarıb. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar dövlət qulluqçusu statusundan məhrum ediliblər və bir daha dövlət müəssisələrində işləyə bilməyəcəklər. 

    Məlumata görə, məmurlardan 66-sı nazirlikdə, 86-sı Dövlət Əmlak və Kadastr Baş İdarəsində, 45-i isə "İLBANK A.Ş" Baş İdarəsində çalışırmış. Bundan əlavə, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin şəhər idarələrində işləyən daha 26 əməkdaş sərəncama göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi