Türkiyənin ​Ərzurum şəhərinin prokuroru Suriyaya qaçarkən saxlanılıb

Türkiyənin ​Ərzurum şəhərinin prokuroru Suriyaya qaçarkən saxlanılıb Hadisə ilə bağlı araşdırma aparılır
Region
15 Avqust , 2016 11:29
Türkiyənin ​Ərzurum şəhərinin prokuroru Suriyaya qaçarkən saxlanılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin Ərzurum şəhərinin prokuroru Əkrəm Beyaztaş Suriyaya keçməyə çalışarkən Kilisdə saxlanılıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Kilis əyalətinin valiliyi açıqlama yayıb.

Valilikdən bildirilib ki, Kilisin əyalət mərkəzi Duruca rayonunun Afrin sərhəd kəndində Türkiyədən Suriyaya qanunsuz olaraq, keçməyə çalışan Əkrəm Bəyaztaş saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi