Yuxarı
    Bağlamaq

    Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 1 379 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

    Onlardan bəziləri ilə bağlanmış müqaviləyə xitam verilib, bəziləri isə dövlət qulluğundan tamamilə çıxarılıb

    Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 1 379 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırmalar nəticəsində işlərindən uzaqlaşdırılanlar arasında bir sıra vəzifəli şəxslər də var. Onlardan bəziləri ilə bağlanmış müqaviləyə xitam verilib, bəziləri isə dövlət qulluğundan tamamilə çıxarılıb. 

    Qeyd edək ki, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin bundan əvvəl 673 əməkdaşının vəzifəsindən kənarlaşdırıldığı açıqlanmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi