Yuxarı

Türkiyənin ən varlı iş adamının adı açıqlanıb

Forbes iqtisadi dərgisi ölkə üzrə 100 ən varlı iş adamının siyahısını dərc edib

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin ən varlı iş adamı 2,9 milyard dollar sərvəti olan Murad Ülkərdir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda məşhur "Forbes" iqtisadi dərgisi bildirib.

O, "Yıldız Holding"in rəhbəridir.

Məlumata görə, jurnal ölkə üzrə 100 ən varlı Türkiyə vətəndaşının siyahısını açıqlayıb. Siyahıda birinci yeri 2,9 milyard dollar sərvəti ilə Murad Ülkər tutub. İkinci sırada Hüsnü Özyegin (2,6 milyard dollar), üçüncü Ferit Şahenk (2,4 milyard dollar), 4-cü yerdə isə Semahat Arseldir (2,2 milyard dollar).

Sıralamada 5-ci yerdə 2 milyard dollar sərvətlə Erman Illıcak, Mustafa Kiçik, Rahmi Koç və Şarık Taradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi