Yuxarı

Türkiyənin əmək və sosial müdafiə naziri: "8 minə yaxın məmur dövlət qulluğundan azad ediləcək"

FETÖ ilə hər hansı yaxınlığı olmayanlar öz vəzifələrinə qaytarılacaqlar

Bakı. 21 avqust. REPORT.AZ/ "Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sora aparılmış istintaq tədbirləri çərçivəsində Türkiyədə 84 min nəfər dövlət qulluqçusu sərəncama göndərilib".

"Report" "Milliyyet.com"a istinadən xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, 8 minə yaxın məmur dövlət qulluğundan azad ediləcək. 

"FETÖ ilə hər hansı yaxınlığı olmayanlar öz vəzifələrinə qaytarılacaqlar" – deyə nazir əlavə edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi