Türkiyənin ədliyyə naziri: “Fətullah Gülən ABŞ-dan qaçmağa hazırlaşır”

Türkiyənin ədliyyə naziri: “Fətullah Gülən ABŞ-dan qaçmağa hazırlaşır” Bəkir Bozdağ: “Hara getməyindən asılı olmayaraq, Türkiyə ondan əl çəkməyəcək”
Region
27 Mart , 2017 14:01
Türkiyənin ədliyyə naziri: “Fətullah Gülən ABŞ-dan qaçmağa hazırlaşır”

Bakı. 27 mart. REPORT.AZ/ “Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ABŞ-dan Kanadaya qaçacağı haqqında əlimizdə ciddi məlumatlar var”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Sabah" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin məlumartı ABŞ-ın Ədliyyə Nazirliyinə təqdim ediblər: "Kandada böyük bir təsərrüfat ərazisi aldıqlarını və bu ölkəyə keçmək üçün hazırlıqlara başladıqlarını bilirik. ABŞ-da Donald Tramp prezident olduqdan sonra bu prosesi sürətləndiriblər. Ancaq hara getməyindən asılı olmayaraq, Türkiyə ondan əl çəkməyəcək”. 

Son xəbərlər

Orphus sistemi