Bakı. 30 oktyabr. REPORT.AZ/ “Son bir ildə terrorçu PKK qruplaşmasının 1 451 silahlısını zərərsizləşdirmişik”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Son bir ildə terrorçu PKK qruplaşmasnın 1 451 silahlısı, solyönlü terror qruplaşmalarının 40 üzvü zərərsizləşdirilib. İŞİD-in 336 üzvü isə tutulub”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, ötən bir il ərzində PKK-ya qarşı 91 297, FETÖ-yə 38 725, İŞİD-ə 2 483, solyönlü radikal sol qruplaşmalara qarşı 655 əməliyyat keçirilib.
S.Soylu qeyd edib ki, narkotik maddələrin qanunsuz satışı ilə məşğul olanlara qarşı keçirilən 143 394 əməliyyat nəticəsində 21 947 nəfər tutulub.