Türkiyənin daha üç bölgəsində hava hücumundan müdafiə sistemi yerləşdiriləcək

Türkiyənin daha üç bölgəsində hava hücumundan müdafiə sistemi yerləşdiriləcək Hatay, Mardin və Kilis bölgələrində "Patriot" sistemi qurulacaq
Region
7 Oktyabr , 2015 14:42
Türkiyənin daha üç bölgəsində hava hücumundan müdafiə sistemi yerləşdiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyənin Hatay, Mardin və Kilis bölgələrində NATO-nun "Patriot" hava hücumundan müdafiə sistemi qurulacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da ölkədə "Patriot" qurğuları yerləşdiriləcək bölgələrin sayı 6-ya çatacaq.

Qeyd edək ki, 2013-cü ilin fevralında Türkiyənin Gaziantep, Şanlıurfa və Adana əyalətlərində "Patriot" sistemi qurulub.

NATO baş katibi Yens Stoltenberqin sözlərinə görə, oktyabrın 8-də alyansın müdafiə nazirlərinin görüşündə "Patriot" sisteminin gələn il də ölkə ərazisində saxlanılması imkanları müzakirə ediləcək.

Y.Stoltenberq ötən gün Brüsseldə keçirdiyi mətbuat konfransında deyib ki, Alyans Rusiyanın Suriyadakı hərəkətlərindən narahatdır. O, Rusiya təyyarələrinin hava zərbələrini "İŞİD"-ə qarşı deyil, Suriya müxalifətinə endirdiyi qənaətində olduğunu vurğulayıb.

Baş katib NATO Rusiyanın Suriyada yalnız Hərbi Hava Qüvvələrini deyil, həmçinin də hərbi dəniz kontingentini gücləndirdiyini müşahidə etdiyini bildirmişdi: "Mən dəqiq rəqəmlər səsləndirməyəcəm, ancaq deyə bilərəm ki, Rusiya Suriyada öz hərbi iştirakını əhəmiyyətli dərəcədə gücləndirir".

Son xəbərlər

Orphus sistemi