Türkiyənin daha bir tank tağımı Suriya ərazisinə daxil olub

Türkiyənin daha bir tank tağımı Suriya ərazisinə daxil olub Tanklar Cerablus istiqamətində yola düşüb
Region
25 Avqust , 2016 12:00
Türkiyənin daha bir tank tağımı Suriya ərazisinə daxil olub

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin daha bir tank tağımı Suriyanın Cerablus bölgəsinə daxil olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, avqustun 25-də terrorçu İŞİD-ə qarşı mübarizənin ikinci günü daha 10 tank Suriya sərhədini keçərək, Cerablus istiqamətində yola düşüb.

İnformasiyaya görə, bu tağım ötən gün Suriya ərazisinə daxil olan tanklardan ibarət qrupa qoşulacaq. 

Qeyd edək ki, avqustun 24-də axşam saatlarında Cerablus İŞİD-dən təmizlənib.

Son xəbərlər

Orphus sistemi