Türkiyənin cənubunda zəlzələ baş verib

Türkiyənin cənubunda zəlzələ baş verib Zəlzələ ocağı Aralıq dənizində 18,85 km dərinlikdə yerləşib
Region
24 Mart , 2016 11:39
Türkiyənin cənubunda zəlzələ baş verib

Bakı. 24 mart. REPORT.AZ/ Türkiyənin Antalya vilayətinin Kaş rayonunun sahillərində Rixter şkalasıyla 4,2 bal gücündə zəlzələ baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə hökuməti yanında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması idarəsindən yeraltı təkanların yerli vaxtla saat 03:22-də qeydə alındığını bildiriblər.

Zəlzələ ocağı Aralıq dənizində 18,85 km dərinlikdə, Türkiyə sahilindən 22 km aralıda yerləşib. 

Son xəbərlər

Orphus sistemi