Türkiyənin cənubunda postun atəşə tutulması nəticəsində iki polis həlak olub

Türkiyənin cənubunda postun atəşə tutulması nəticəsində iki polis həlak olub Hücum bazar günü axşam saatlarında Antakya-İsgəndərun şosesinin Anayazı bölgəsində nəqliyyat vasitələrinə baxış həyata keçirilərkən baş verib
Region
10 İyul , 2017 12:38
Türkiyənin cənubunda postun atəşə tutulması nəticəsində iki polis həlak olub
Ria.ru

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyənin cənubunda Hatay vilayətində, Suriya sərhədinə yaxın ərazidə polis postunun atəşə tutulması nəticəsində iki polis əməkdaşı həlak olub, biri yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hücum bazar günü axşam saatlarında Antakya-İsgəndərun şosesinin Anayazı bölgəsində nəqliyyat vasitələrinə baxış həyata keçirilərkən baş verib.

Atışma nəticəsində yaralanan 3 polisdən ikisi sonradan xəstəxanada keçinib. Olay bölgəsində hücum edənlərin neytrallaşdırılması istiqamətində əməliyyat keçirilir.

"Sabah" qəzetinin polis orqanlarındakı mənbələrinə istinadən yaydığı xəbərə görə, hücumda Türkiyədə qadağan edilən Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin əli var.

Son xəbərlər

Orphus sistemi