Türkiyənin cənubunda iki partlayış olub

Türkiyənin cənubunda iki partlayış olub Partlayışlar Hakkari vilayətinin inzibati paytaxtının mərkəzində baş verib
Region
11 İyul , 2016 10:15
Türkiyənin cənubunda iki partlayış olub

Bakı. 11 iyul. REPORT.AZ/ Türkiyənin cənubunda yerləşən Hakkari vilayətində iki güclü partlayış baş verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayışlar vilayətin inzibati paytaxtının mərkəzində baş verib.

Partlayışlardan sonra şəhərdə atışma səsləri eşidilib. Şəhərə zirehli maşınlar daxil olub. Xəsarət alan və ölənlər barədə məlumat verilmir. Partlayışın arxasında PKK terror qruplaşmasının dayandığı güman edilir.

Son xəbərlər

Orphus sistemi