Yuxarı
    Bağlamaq

    ​Türkiyənin cənubunda İŞİD-in 9 üzvü tutulub

    Polis şübhəlilərin üzərindən 9 kq trotil, 4 əl qumbarası, partlayıcı qurğu, intihar kəməri, 4 tapança və 2 tüfəng aşkarlayıb

    Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyə polisi ölkənin cənubunda yerləşən Qaziantep əyalətində, Suriya ilə həmsərhəd ərazidə terrorçu İŞİD qruplaşmasının 9 üzvünü tutub.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Yerli hökumət təmsilçiləri bildirib ki, tutulanlar siyasi partiyaların İstanbuldakı qərargahlarını partlatmaq istəyiblər.

    Polis şübhəlilərin üzərindən 9 kq trotil, 4 əl qumbarası, partlayıcı qurğu, intihar kəməri, 4 tapança və 2 tüfəng aşkarlayaraq götürüb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi