Yuxarı
    Bağlamaq

    Türkiyənin cənubunda bomba panikası yaşanıb

    Adana şəhərində avtomobildə partlayıcı maddə yerləşdirildiyi barədə məlumat yayılıb

    Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyə cənubundaki Adana şəhərində ötən axşam bomba panikası yaşanıb.

    Belə ki, naməlum şəxs polisə zəng vuraraq Adananın mərkəzində avtomobildə partlayıcı maddə yerləşdirildiyi barədə məlumat verib.

    "Report"-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Adana polisi şəhər mərkəzində park edilən bir avtomobildən şübhələnib. Maşında uzun müddət axtarış aparılıb.

    Hadisə ilə bağlı iki nəfər tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi