Türkiyənin cənubunda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb

Türkiyənin cənubunda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb Türkiyənin cənubunda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Region
6 İyul , 2016 23:01
Türkiyənin cənubunda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb

Bakı. 6 iyul. REPORT.AZ/ Türkiyənin cənubunda partlayış baş verib. "Report" xəbər verir ki, hadisə Reyhanlı rayonunda, Suriya ilə sərhəd ərazidə, qaçqınların yaşadığı evdə qeydə alınıb. 

Partlayış nəticəsində iki nəfər xəsarət alıb. Yaralananlar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi, partlayışın səbəbləri hələlik məlum deyil. 

"Sputnik" agentliyinin yaydığı məlumata görə, partlayış partlayıcı maddələr hazırlayan iki Suriya vətəndaşının yaşadığı evdə baş verib. Həmin şəxslərin terror qruplaşmasının üzvləri olduğu güman edilir. 

Son xəbərlər

Orphus sistemi