Türkiyənin cənub-şərqində törədilən terror aktı nəticəsində 3 nəfər şəhid olub

Türkiyənin cənub-şərqində törədilən terror aktı nəticəsində 3 nəfər şəhid olub Təhlükəsizlik güclərinin beş üzvü yaralanıb
Region
1 Fevral , 2016 00:44
Türkiyənin cənub-şərqində törədilən terror aktı nəticəsində 3 nəfər şəhid olub

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyənin Şırnak bölgəsindəki Cizre rayonunda terror təşkilatı PKK mənsublarına qarşı əməliyyatlarda bir hərbiçi və iki polis məmuru şəhid olub.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, rayonun Cudi məhəlləsində terrorçulara qarşı aparılan əməliyyatda təhlükəsizlik güclərinin beş üzvü də yaralanıb.

Ötən gün ərzində həmin rayonda 3 terrorçunun məhv edildiyi də qeyd olunur.

Son xəbərlər

Orphus sistemi