Yuxarı

​Türkiyənin cənub-şərqində polis zabiti güllələnib

Hücumda PKK terror qruplaşması ittiham olunur

Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bir polis zabiti və bir nəfər mülki vətəndaş naməlum şəxslərin açdığı atəş nəticəsində həlak olub. Bu barədə "Report" Anadolu agentliyinə istinadən xəbər verir.

Polisdəki mənbənin agentliyə verdiyi məlumata görə, Çinar rayonundakı çayxanada oturan polis zabiti Mehmet Uyar və Osman Karan avtomobildən uzun çaplı silahdan açılan atəşlə qətlə yetiriliblər.

Hücumda "PKK" terror qruplaşması ittiham olunur.

Üçüncü xəsarət alan - İbrahim Turan Diyarbəkir xəstəxanalarından birinə köçürülənə qədər yaralı halda yerli xəstəxanaya yerləşdirilib.

Hücumda şübhəli bilinənlərin axtarışı və tutlması ilə bağlı tədbirlər həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi