Yuxarı

Türkiyənin cənub-şərqində antiterror əməliyyatı davam edir - FOTO

Bu gün səhərdən etibarən 30-dan çox terrorçunun məhv edildiyi, 2 polis əməkdaşının şəhid olduğu bildirilir

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində davam edən geniş miqyaslı antiterror əməliyyatına artıq 10 min hərbçi cəlb olunub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsasən Diyarbakır və Şirnak vilayətlərində keçirilən əməliyyatlara qısa müddət ərzində daha 5 min əsgərin dəstək verəcəyi gözlənilir. Terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinə qarşı aparılan əməliyyatda 24 tank, 100-ə yaxın zirehli texnika iştirak edir.

Bu gün səhərdən etibarən 30-dan çox terrorçunun məhv edildiyi, 2 polis əməkdaşının şəhid olduğu, 17 polisin isə yaralandığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi