Türkiyənin cənub-şərqində 3 hərbçi yaralanıb

Türkiyənin cənub-şərqində 3 hərbçi yaralanıb 24 saatlıq küçələrə çıxma qadağası 88 gündür qüvvədədir
Region
27 Fevral , 2016 23:15
Türkiyənin cənub-şərqində 3 hərbçi yaralanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhülkəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan silahlı toqquşmalarda üç hərbçi yaralanıb. "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər Diyarbəkirin Hərbi Hospitalına çatdırılıb.

Diyarbəkirdə barikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin qapadılması və terrorçuların zərərsizləşdirilməsi üçün mərkəzi Sur rayonunda dekabrın 2-dən bəri tətbiq olunan 24 saatlıq küçələrə çıxma qadağası 88 gündür qüvvədədir.

Son xəbərlər

Orphus sistemi