Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq " 2015-ci ilin ikinci yarısında Türkiyə ərazisində terror aktlarının sayı sürətlə artıb"
Region
14 Yanvar , 2016 01:21
Türkiyənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri artırılacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin 81 vilayətinin rəhbərliyinə təhlükəsizlik tədbirlərinin artırılmasına dair xəbərdarlıq edilib.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində hazırlanan xəbərdarlıq məktubunda qeyd olunur ki, 2015-ci ilin ikinci yarısında Türkiyə ərazisində terror aktlarının sayı sürətlə artıb.

"Terrorçular fəaliyyətlərini əsasən ölkənin cənub-şərqində cəmləşdiriblər. Lakin İstanbulda törədilən son partlayış onu deməyə əsas verir ki, artıq cinayətkarlar partlayıcı qurğulardan istifadə edərək istənilən yerdə qanlı hadisə törədə bilər", - deyə məktubda vurğulanıb.

Bildirilir ki, terrorçular polis əməkdaşlarını yanıltmaq məqsədi ilə müxtəlif üsullara əl atırlar. 

Son xəbərlər

Orphus sistemi