Türkiyədə PKK terrorçuları ilə atışmada 2 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyədə PKK terrorçuları ilə atışmada 2 hərbçi şəhid olub, 2-si yaralanıb Hazırda bölgədə PKK-ya qarşı aparılan əməliyyat tədbirləri davam edir
Region
14 Yanvar , 2017 10:57
Türkiyədə PKK terrorçuları ilə atışmada 2 hərbçi şəhid olub, 2-si yaralanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Bitlis şəhərində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi şəhid olub, digər ikisi isə yaralanıb.

“Report”un “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Bitlis Şəhər Valiliyindən bildirilib.

Valilikdən qeyd olunub ki, atışma zamanı yaralanan iki hərbçinin həyatı üçün ciddi təhlükə yoxdur: “Hazırda bölgədə PKK-ya qarşı aparılan əməliyyat tədbirləri davam edir. Təhlükəsizlik qüvvələri insanların rahat şəkildə yaşaması üçün terrorçularla mübarizəsini qətiyyətlə davam etdirəcək”. 

Son xəbərlər

Orphus sistemi