Yuxarı

Türkiyənin bir sıra şəhərlərində 200-dən çox polis əməkdaşı saxlanılıb

Ərzurumda 15 vəzifəli şəxs olmaqla 79 polis əməkdaşı dindirilib

Bakı. 18 iyul. REPORT. AZ/ Ankarada 149 polis silahlı çevrilişə cəhddə şübhəli bilinərək saxlanılıb. “Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılanların 24-ü polis rəisləri vəzifəsində çalışırlar.

Batman əyalətində isə 42 polis əməkdaşı tutduğu vəzifədən azad edilib.

Ərzurumda isə 15 vəzifəli şəxs olmaqla 79 polis əməkdaşı dindirilib.

Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2400-dək hərbçi həbs edilib.

Ankara Baş Prokurorluğu isə 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.

Türkiyədə iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi