Yuxarı
    Bağlamaq

    ​Türkiyənin bir rayonunda antiterror əməliyyatı başa çatıb

    Əməliyyatda yaralanan polis: Xüsusi təyinatlılar dörd bir tərəfdən əraziyə nəzarət edir

    Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Silopi rayonu terrorçu PKK silahlılarından təmizlənib.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu həmin rayonda keçirilən antiterror əməliyyatında yaralanmış çevik polis alayının əməkdaşı deyib.

    Onun sözlərinə görə, rayon terrorçulardan tamamilə təmizlənib: "Onların gizləndikləri bütün yerlər müəyyənləşdirilib və hamısı zərərsizləşdirilib. Xüsusi təyinatlılar dörd bir tərəfdən əraziyə nəzarət edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi